top of page

Nazarbayev hakimiyyəti ötürməyə hazırlaşır


Qazaxıstan Senatında “Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurası haqqında” qanunu qəbul edib.

Azadpress.az xəbər verir ki, yeni qanuna əsasən, ölkənin hazırkı prezidenti Nursultan Nazarbayev tutduğu vəzifədən asılı olmayaraq ömrünün sonunadək Təhlükəsizlik Şurasının sədri kimi təsdiq olunur.Faktiki olaraq bu qurum güc strukturlarının fəaliyyətinə nəzarət edir və qurumun sədri dövlət əhəmiyyətli lazımi göstərişlər vermək və tələb etmək hüquqna malikdir.

Nazarbayevin bu qurumun ömürlük sədri olması gələcəkdə,o artıq prezident olmadığı dövrdə belə,ölkəyə tam nəzarət etmək imkanı verir.Bu qanunun indi qəbul edilməsi Nazarbayevin yaxın vaxtlarda hakimiyyəti daha cavan kadrlara etibar edəcəyindən xəbər verir.Şuraya sədrlik isə gələcəkdə ölkədədə ola biləcək risklərdən sığortalanmaq üçün bir vasitədir.


bottom of page