top of page

Dövlət qururmu əriyən dondurma barədə xəbərdarlıq etdi!


Qida Təhlükəsizliyi Agentliyi istehlakçılara dondurma alarkən bəzi hallara diqqət etməsini tövsiyə edib.

Azadpress.az xəbər verir ki, istehlakçılar dondurma alarkən ilk növbədə dondurmanın hermetikliyinin pozulmamasına, etiketinə baxmaq, tərkibindəki maddələrə, məhsulun istehsal və son istifadə tarixinə fikir verilməlidirlər.

Agentlikdən qeyd edilib ki, hermetik qablaşdırılmamış dondurma satan şəxsin gigiyena qaydalarına riayət etməsinə, iş sahəsində təmiz iş geyimi, bone və əlcəkdən istifadə etməsinə diqqət edilməlidir:

“Dondurmanın qabı əzilibsə, deməli, əriyib və sonra təkrar dondurulub. Yenidən dondurulma isə həm məhsulun dadına mənfi təsir göstərir, həm də zəhərlənmə təhlükəsini artırır”.Dondurmalar digər qida məhsulları (toyuq, balıq məhsulları və s.) ilə eyni soyuducuda saxlanmamalıdır. Digər qidalarla eyni soyuducuda saxlanma dondurmanın keyfiyyətini pozmaqla yanaşı, onun tərkibində zərərli mikroorqanizmlərin inkişafına səbəb ola bilər”.


bottom of page