
Tbilisidə hökumətin istefası tələbi ilə etiraz aksiyası davam edir.
Azadpress.az xəbər verir ki,aksiyaya Tbilisi məhkəməsinin qətl hadisəsi ilə bağlı verdiyi qərar səbəb olub.
Ötən gün məhkəmə qətldə şübhəli bilinənlərə bəraət verdikdən sonra sakinlər prokurorluq qarşısında aksiyaya başlayıb. Ölən yeniyetmənin atası oğlunun ölümündə səbəbkar olanalara bəraət verilməsindən narazıdır.Nəticədə ölkənin baş prokuroru istefa verib.
Hazırda Gürcüstan Prezidenti Georgi Marqvelaşvili etirazçılarla görüşüb. Məlumata əsasən, G.Marqvelaşvili etirazçıların tələblərini dinləyib.Dünən mitinqə gələn hökumətin başçısı Kvirikaşvili isə istefa verməkdən imtina edib.