Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Kapital Bankın İdarə heyətinin sədri Rövşən Allahverdiyevə şikayət məktubu göndərib.
Məktubda bildirilir ki,bankın "28 may"filialı vətənadaşlara keyfiyyətli xidmət göstərə bilmir.Bu haqda o,facebook səhifəsində yazıb.
Eyyub Hüseynovun müraciətində deyilir ki, 29,30,31 may və 01 iyun 2018-ci il tarixlərində təşkilatın rəhbəri olaraq günü əhalinin söyüş,qarğışlarına qulaq asmaqla Kapital Bankın “28 may” filialında keçib. Təşkilata məxsus 251 AZN-I almaq müşkül işə cevrilib:
"Bankda gözləmə zalında əsəbini boğa bilməyən Q .Şahbazov isə ona məxsus 1000 AZN-nin,500 AZN-nin almağa güclə müvəffəq oldu. Bank işçiləri mərkəzə zəng edir,İbrahim cavab vermir, Tural işdə deyil,Gündüz yoxdur ,Rəvan yerində deyil ,avtorizasiya edənlə əlaqə yaratmaq mümkün deyil və s. cavablar verir,otur gözlə, axsam olur “Bank”bağlanır və s. kimi əsəbi nağıllar baş verir. Düşünürəm ki,özünə hörmət edən heç bir bank rəhbəri belə əcayib,biabırçı iş qurmamalıdır! Ya işini qaydaya salınmalı, yada … Bir daha əmin oldum ki,Dünya Bankının mənimlə görüşən nümayəndələri haqlı olaraq məndən niyə soruşurlar “ Əhalinin banklara inamını necə artırmaq olar”? Bəli belə biabırçı banka heç kim inam bəsləməməli və özünü aldatmamalıdır. Bu məktubu Sizə təqdim edərək Sizdən yuvarlaq bir cavab- test edirdilər,system xarabdır və s. kimi cavablar almaq istəmirəm. Bütün Azərbaycan istehlakçıları adından Rica edirik, orta əsr bankından da aşağı seviyyədə işləyən bu filal üçün çarə qılın , əhalinin inamını itirməyin"