"Plastik məhsullar ekosistemi məhv edir"-İqtisadiyyat Nazirliyi


Azadpress.az xəbər verir ki,İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova belə deyib.

Bakıda birdəfəlik plastik məhsulların istifadəsinin zərərlərinə dair forumda çıxış edən nazir müavini plastik malların dünyanın qarşısında böyük bir problem olduğunu deyib:

"Plastik məhsullar ekosistemi məhv edir. Azərbaycan bu problemlə mübarizə istiqamətində müəyyən tədbirlər görür. Biz meşələrimizin plastik məhsullarla çirklənməsinin qarşısını alırıq. Bu problemi addım-addım həll etmək lazımdır. Onda daha effektli olacaq".


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.