top of page

Rusiyaya ixrac olunan "Volkswagen"lərdə qüsur aşkarlanıb


"Volkswagen Group Rus" şirkəti Rusiyada 133 minə yaxın "Volkswagen" və "Skoda" markalı avtomobili geri çağırıb.

Azadpress.az xəbər verir ki, qərar buksir elementinin qüsurlu qaynaq olunması ilə əlaqədardır. Məlumatda qeyd olunur ki, geri çağırılma 2016-2018-ci illərdə Rusiyada satılmış “Volkswagen Polo Sedan” və “Skoda Rapid” modellərinə şamil olunur.

Həmçinin o da qeyd edilir ki, bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page