Tiflis-Bakı avtobusu toqquşub-TƏCİLİ


Hacıqabul rayonunda "Kamaz"la toqquşan nəqliyyat vasitəsi Bakı-Tbilisi sərnişin avtobusudur.

Azadpress.az xəbər verir ki, Hacıqabul rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının və Şirvan şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları hadisə yerinə cəlb ediliblər.

İlkin məlumatlara görə, yaralılardan 14 nəfəri Şirvan Şəhəri Mərkəzi Xəstəxanasına yerləşdirilib. Digər yaralıların isə Hacıqabul Rayonu Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir.

Yaralıların ümumi sayının 30-dək olduğu bildirilir. Yaralılardan ikisinin vəziyyəti ağırdır, digərlərinin həyatına təhlükə yoxdur.

REPORT


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.