top of page

Şimali Koreya lideri Trampa məktubunda nə yazıb?


Ağ Ev cümə günü Koreyanın Əmək Partiyasının Mərkəzi Komitəsinin sədrinin müavini Kim Yon Çxoldan Kim Çen Inın məktubunu şəxsən ABŞ prezdienti Donald Trampa çatdırıb.

Azadpress.az xəbər verir ki,Tramp məktubu oxumasa da jurnalistlərə onun "çox maraqlı" olduğunu bildirib. Tramp deyib ki,bu məktubda yəqin ki,böyük sürpriz var.

Trampa çatdırılan məktubun məzmunu haqqında dəqiq məlumat olmasa da,demək olar ki,məktub Şimali Koreya liderinin müyyən şərtlərini ehtiva edir. İyunun 12-də Sinqapurda Kim Çen Inla Donald Tramp görüşündən öncə rəhbərlərin xüsusi nümayəndələrinin təkbətək görüşləri sammit öncəsi hazırlıqlardır.

Məktubda sammitdə müzakirə ediləcək məsələlər,danışıqların konfidensiallığı və təhlükəsizlik tədbirlərinin həlli ilə bağlı müəyyən şərtlərin olduğu təxmin edilir.


bottom of page