"Osmanlıya qarşı qiyam edən ermənilər cəzalanıb"-ABŞ tarixçisi


Erməni lobbisinin bütün səylərinə rəğmən Moskvada amerikalı tarixçi Edvard Eriksonun “Türklər və ermənilər: Qiyamçılarla mübarizə tədqiqatı” kitabının təqdimatı baş tutub.

Azadpress.az xəbər verir ki, Eriksonun da qatıldığı təqdimat Moskva Kitab Evində keçirilib.

Təqdimatda erməni icmasının nümayəndələri də olub.

Təqdimatda çıxış edən Edvard Erikson deyib ki, Osmanlı dövründə ermənilərin dövlət əleyhinə qiyamları nəticədə özlərinə zərbə vurub:

"Türkiyədə yaşayan ermənilər müharibə aparan ölkənin əleyhinə işlər görüb.Bununla da Osmanlı dövləti tərəfindən cəzalanıblar"

Qeyd edək ki, bundan öncə Rusiyadakı erməni lobbisi Eriksonun kitabının təqdimatına qadağaya nail ola bilib. Lobbiyə bu işdə Rusiya Baş Prokurorluğu və İstintaq Komitəsi yardım edib.

Amerikalı hərbi tarixçi Eriksonun kitabında ilk dəfə olaraq müqayisəli analiz prinsipi ilə çoxmillətli Osmanlı imperiyasında XIX əsrin sonunda, XX əsrin əvvəlində hökumətin üsyançılara qarşı mübarizə fəaliyyəti tədqiq edilib.

Edvard Erikson ABŞ ordusunun ehtiyatda olan zabitidir. O, Fars körfəzi müharibəsində iştirak edib, NATO-nun nümayəndəsi kimi İzmir, Neapol və Sarayevoda çalışıb. O, bundan öncə erməni soyqırımı yalanlarına qarşı kitablar dərc etdirib. Kitablarında ermənilərin XX əsrin əvvəllərində Moskvanın “beşinci kolonu” olduğunu və buna görə də onlara qarşı sərt tədbirlər görülməsinin vacibliyini qeyd edib.


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.