Paytaxtın əsas küçələrində hərəkətə mane olan yerlərdə parklanma qadağan ediləcək.
Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib ki, qarşıdakı aylarda diqqət mərkəzində olacaq daha bir mühüm məsələ nəqliyyatın hərəkətini çətinləşdirən avtomobillərin parklanma qaydalarının pozulması ilə bağlı olacaq:
“Agentliyin mütəxəssisləri şəhərin əsas arterial damarı hesab edilən 11 küçədə parklanma ilə bağlı vəziyyəti təhlil edib və artıq bu yay yol hərəkətinə mane olan yerlərdə parklanma qadağan ediləcək”.TREND