"Təmiz Şəhər" ASC niyə zərərlə işləyir?


İqtisadiyyat Nazirliyi yanında "Təmiz Şəhər" ASC-nin zərərlə işləməsi tullantıların daşınma tariflərinin aşağı olması ilə bağlıdır.

Azadpress.az xəbər verir ki,qurumun İdarə Heyətinin sədri Etibar Abbasov belə deyib .

"Tariflərin artırılması məsələsinə baxılmalıdır. Bütün dünyada bu tariflər yüksəkdir, amma Azərbaycanda aşağıdır. Səhmdar cəmiyyətin gəlirləri tullantıların daşınması ilə yanaşı, istehsal etdiyi elektrik enerjisinin satışından da formalaşır. Enerjinin tariflərini də Tarif Şurası müəyyən edib. Bu məsələlərə kompleks baxılmalı, tariflər artırılmalıdır ki, mənfəətlə işləyək", - deyə o, qeyd edib.

Sədr rəhbərlik etdiyi qurumun tabeliyindəki Balaxanı Sənaye Parkındakı son vəziyyət barədə də danışıb: "Parkın 6 rezidentindən 3-ü artıq fəaliyyətə başlayıb. Digər 3 rezident isə tikinti işləri bitdikdən sonra fəaliyyət göstərəcək. Parka yeni rezidentlərin cəlb edilməsi istiqamətində iş davam etdiriləcək. Bunun üçün Parkın ərazisi 1,3 hektar genişləndirilərək 8,3 hektara çatdırılıb". Report


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.