Azərbaycan-Türkiyə birgə təlimləri başa çatıb


Naxçıvanda Türkiyə-Azərbaycan birgə təlimləri başa çatıb Türkiyə-Azərbaycan genişmiqyaslı birgə taktiki təlimində iştirak edən Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti və zirehli texnikası Naxçıvandakı daimi dislokasiya məntəqəsinə qayıdıb. MN-dən Azadpress.az-a verilən məlumata görə, birgə taktiki təlimin son günü “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib. Tədbirdə Türkiyə Silahlı Qüvvələrinin 3-cü Ordusunun komandanı ordu generalı İsmail Serdar Savaşın və Azərbaycan Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayevin rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak ediblər. 


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.