top of page

Netanyahudan erməni lobbisinə daha bir zərbə


İsrailin baş naziri Netanyahu ermənilərin Osmanlı imperiyası dövründə “soyqırımına” məruz qalması ilə bağlı qanun layihəsinin müzakirəsini gündəlikdən çıxarıb.

Azadpress.az xəbər verir ki, İsrailin xarici işlər nazirliyi bəyan edib ki, Netanyahu məsələnin müzakirəsini Türkiyədə keçiriləcək seçkilərədən sonraya saxlamaq qərarına gəlib.

Məlumata görə, İsraildə belə bir narahatlıq var ki, məsələnin indi müzakirəyə çıxarılması, seçki kampaniyası zamanı Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoganın xeyrinə işləyə bilər.

Ötən ay İsraillə fələstinlilər arasında başlayan toqquşmalardan sonra yenidən Türkiyə-İsrail münasibətlərində gərginlik yaranıb. Ərdogan İsraili “terroçu dövlət” adlandırıb.Bundan sonra "soyqırım"məsələsi yenidən Knessetdə gündəmə gəlib.


bottom of page