Moskva Estoniyaya hücum etmək qərarınnı versə,Sankt-Peterburqu itirə bilər.
Azadpress.az xəbər verir ki, Estoniyanın eks-prezidenti "Evropeyskaya pravda" qəzetinə müsahibə verərkən belə deyib.
"Rusiya tərəfindən Estoniyaya hər hansı bir təhlükə varmı?"sualına cavab verən Tomas Hendrik İlves deyib:
"Hərbi cəhətdən təhlükə yoxdur.Çünki Estoniyanın NATO üzv olması bizim üstünlüyümüzdür.Alyansın 5-ci maddəsi bizi qoruyur"
Eks-prezident vurğulayıb ki,NATO-nun Rusiyaya güclü cavab vermək imkanı var:
"Əlbəttə,Rusiya Estoniyaya hücum edə bilər.Lakin qısa zamanda Sankt-Petrburqu,Omsk və hətta Tomsk itirə bilər.Bunu Rusiyada yaxşı bilirlər"
Qeyd edək ki,Estoniya 2004-cü ildə NATO üzvü olub.