
Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 69 nəfərə çatıb.
Azadpress.az xəbər verir ki, Qvatemalanın Məhkəmə Elmləri İnstitutundan bildiriblər.
İnstitutun məlumatına əsasən, daxil olan 69 cəsəddən yalnız 17-nin kimliyi müəyyən edilib. Ən çox insan ölümü - 54 - Eskuintla departamentində qeydə alınıb. Daha 9 nəfər Sakatepekes departamentində həlak olub.
Vulkan püskürməsi nəticəsində 46 nəfər yarlanıb, 3,26 min insan təxliyə edilib, 1,68 min insan isə müvəqqəti sığınacaqlaya yerləşdirilib.TREND