top of page

"Rusiya XİN başçısı Lavrov erməni lobbisinin üzvüdür"-Duqin


Azadpress.az xəbər verir ki, bu sözləri rusiyalı ideoloq Aleksandr Duqin Rusiya XİN rəsmisinin Nikol Paşinyanın Qarabağla bağlı söylədiklərinə reaksiyası və sonradan bu reaksiyanın məzmununun dəyişdirilməsi ilə əlaqədar baş verənləri şərh edərkən bildirib.

"Rusiyada erməni lobbisi güclüdür və o, öz xəttini yürüdür. Bununla belə, Azərbaycanla yaxınlaşmaq barədə göstəriş mövcuddur! Moskvada bir çox məsələlər üzrə ümumi mövqe yoxdur. Bircə Krım istisnadır" - o vurğulayıb.

Ekspertin fikrincə, buna təəccüblənmək lazım deyil, reallıq belədir:

“Lap bu günlərdə rusiyalı jurnalist və analitik Maksim Şevçenko “Exo Moskvı” radiosytansiyasının efirində bildirdi ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov RF-də əsas erməni lobbiçisidir. Ola bilsin ki, bu şişirdilmiş ifadədir, lakin Şevçenkonun bu cür kəskin ümumiləşdirmələri bəzən hədəfi vurur. Düşünürəm ki, Lavrov ifadələrini dövlət başçısı ilə razılaşdırır. Bir diplomat kimi o, kəskin bucaqları hamarlaya bilər, lakin çətin ki, öz xəttini yeridə bilsin. Bir daha təkrarlayıram ki, Rusiyada güclü erməni lobbisi var, Azərbaycanınkı isə yoxdur”, - ekspert bildirib.


bottom of page