Təhsil naziri:"33 mindən artıq alim elmi tədqiqatla məşğuldur"


Azadpress.az xəbər verir ki, təhsil naziri Ceyhun Bayramov Bakıda keçirilən “Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda beynəlxalq konfransda çıxışında belə deyib.

Nazirin sözlərinə görə, tədqiqatla məşğul olan alimlərin 35 faizi fəlsəfə doktoru, 8 faizi elmlər doktorudur.

C.Bayramov bildirib ki, son 5 ildə Təhsil Nazirliyinin strukturunda olan universitetlərdə çalışan 9 mindən artıq professor-müəllim heyəti tərəfindən ixtiraların patentləşdirilməsinə dair 216 sifariş verilib.