top of page

Azərbaycanda güclü zəlzələ olub


Seysmologiya Mərkəzi: Zəlzələnin maqnitudası 5,5 gücündə olub AMEA-nın Respublika Seysmologiya Xidmət Mərkəzi Azərbaycanda baş vermiş zəlzələ ilə bağlı rəsmi məlumat yayıb. Azadpress.az Mərkəzin saytına istinadən xəbər verir ki, zəlzələ, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 22:40-da Zaqatala ərazisində qeydə alınıb. Yeraltı təkanlar yeni 12 km dərinliyində 5,5 maqnituda gücündə olub. Zəlzələ ölkənin əksər rayonlarında hiss olunub. Zəlzələnin episentrinin şimal-qərb bölgəsində olduğu ehtimal olunur. Güclü təkanlar daha çox Şəki, Qax, Balakən, Zaqatala rayonlarında hiss olunub. Zəlzələ həmçinin Göyçay, Şamaxı və digər ətraf rayonlarda da hiss olunub.


bottom of page