Azərbaycanda Xınalıqdan bəhs edən yeni film çəkilib-VİDEO


Azadpress.az xəbər verir ki,Azərbaycanda yeni "Xınalıq" sənədli filmi çəkilib.

Filmin yaradıcı heyəti Quba rayonunun qədim yaşayış məskənlərindən olan ucqar Xınalığın özünəməxsus abu-havasını verib.Xınalıq kəndinin bir günü sakinlərin öz dili ilə göstərilib.Film koloritli təbiət təsvirləri ilə zəngindir.

Etnoqrafik sənədli filmin ideya müəllifi və quruluşçu operatoruTacəddin Asifoğlu,rejissoru və montajçısı Sənan Səfərovdur.

Bu multikultural səyahət ARB telekanalında nümayiş etdirilib.


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.