
Azərbaycanın bu prosesə qoşulması indiki mərhələdə heç danışıqlar predmeti belə deyil.
Azadpress.az xəbər verir ki,Rusiya Müdafiə naziri Sergey Şoyqunun çıxışını şərh edən millət vəkili Rasim Musabəyov Axar.az-a belə deyib.
Deputatın sözlərinə görə, ümumiyyətlə Azərbaycanın bu məsələyə marağı yoxdur:
“Azərbaycanın bu prosesə qoşulması indiki mərhələdə heç danışıqlar predmeti belə deyil. Şoqyu sadəcə çağırış edib, bundan asan nə var ki?! Rusiya əvvəlcə KTMT-yə daxil olan ölkələri, xüsusilə də Ermənistanı bu prosesə qoşsun, sonrasına baxarıq”.
Millət vəkili Asim Mollazadə də Azərbaycanın Suriyada infrastruktur çalışmalarına qosulmayacağını bildirib: