top of page

Bakıda diş həkimi xəstənin sağlamlığına ziyan vurub


"Bu sənin qismətindir"-"Medholding" Diş Klinikasının sahibi və həkimi Cavid Qurbanov səhv gördüyü iş üçün xəstəyə belə deyib.

Azadpress.az xəbər verir ki,bu haqda AİB-in sədri Eyyub Hüseynov məlumat verib.

E.Hüseynov deyib ki,Günel Axundova adlı vətəndaş dişlərini müalicə edən Cavid Qurbanovdan şikayətçidir.Günel Axundovanın dediyinə görə,diş həkimi Cavid Qurbanova “vinir” diş qoyulması üçün müraciət edib. 20 ədəd dişinə vinir qoyulub. Bunun müqabilində dişin bir ədədi 300 (üç yüz) AZN olmaqla, cəmi 6000 (altı min) AZN pul ödəyib. Bu dişlərə görə Cavid Qurbanov ona şifahi olaraq 10 il zəmanət verdi. Dişlər qoyulduqdan sonra çox vaxt keçmədən problemlər yaranıb, yəni alt çənə damağında stomatit (irinli iltihablaşma) yaranıb və buna görə həmin həkim 3 ədəd dişimin sinirlərini çıxardıb. Son 3 il ərzində dişlərində problemlər mütəmadi davam edib.

Məsələyə münasibət bildirən Eyyub Hüseynov deyib ki,istehlakçılar diş həkimlərinin xidmətindən istifadə edən zaman diqqətli olsunlar:

"Mütləq xidmət müqaviləsi və kassa çeki tələb etsinlər! İlkin məlumatlar göstərir ki bu sahədə böyük problem var təxminən diş texniklərinin 30 faizi müalicə ilə məşğul olur"

Zərərçəkmiş Günel Axundova ərizəsində belə yazıb:

"Cavid Qurbanova müraciət etdim. Dedi ki. Gəl keyləşdirici iynə vurub qoparara, yenidən yapışdıraq. Dişim keyləşənədək soruşdum ki, Niyə mən bu qədər ağrı çəkdim, niyə belə alındı cavabı gülməli olsada belə oldu : “Bu sənin qismətindi” . Dediyini elədi. Bundan sonra soyuğa həssaslıq 6 ədəd dişimdə həqiqətən itdi. Son 2 ədəd dişdə bu prosesi 3-4 dəfə təkrarlamasına baxmayaraq isti-soyuğa olan həssaslıq keçmədi. Buna görə mübahisəmiz düşdü. Mən ona dedim ki, siz ya bilə- bilə məni get gələ salırsınız, ya da artıq diş düzəltməyi bacarmırsınız. Elədirsə. Mənə deyin gedim başqa həkimə. Dedi hara istəyirsən get! Yaxşı ki, getdim. Azı 10 nəfər “vinir”lə işləyən həkimin yanında oldum. Dişlərimi rentgen etdirdim. Rentgenə və dişlərimə baxaraq həkimlər eyni diaqnozu (Diaqnoz: dişlərin boyunlarında diş daşları və ərpləri yığışdığı üçün yerli gingivit yaranmışdır. Səbəb kimi lamina vinirlərin düzgün hazırlanmamasıdır. Müalicə: diş daşları təmizlənməli, küretaj (keyitmə ilə diş ətinin dərindən təmizlənməsi) olunmalıdır. Sonrakı prosesdə vinirlər mütləq dəyişdirilməlidir!)Cavid Qurbanovun sinirini çıxartdığı 3 ədəd dişimin yanındakı dişdə kista əmələ gəldiyi də rentgendə görsəndi. 8 ədəd dişlərimin yenidən dəyişən zaman Cavid həkimin son texnologiya dediyi 3D rentgen aparatında da çəkdiyi zaman bu prosesi görüb görməməyi də mənə maraqlı olduğundan ondan həmin rentgeni (səbəbini bildirmədən) aldım. Məlum oldu ki, kista həmin vaxt (5 ay əvvəl) da var imiş. Həkimlər bunu dişin yonulması zamanı aınmış travmadan əmələ gəldiyini dedilər. Həmin dişi müalicə etdim. Zənglərimə cavab vermədiyinə Cavid Qurbanova qoyduğu dişlərə görə yaranan problemləri “Whatsaap”da yazdım. O, bunu oxuyaraq məni qara siyahıya atdı"


bottom of page