top of page

Hollandiyada yaşayan azərbaycanlının intihar səbəbi məlum oldu


Azərbaycanlı mühacir Hollandiyada kampda intihar edib.

Azadpress.az xəbər verir ki, Bakının Yasamal rayonu qeydiyyatında olan Fikrət adlı şəxs Azərbaycana deportasiya edilməmək üçün damarlarını doğrayıb.

Hadisə ötən gün gecə saatlarında baş verib. Polis Fikrət adlı həmvətənimizi Azərbaycana göndərmək üçün onun qaldığı kampa gəlib. Lakin o, getməmək üçün üstündəki ülgüclə damarlarını doğrayıb.

Xəstəxanaya çatdırılan həmvətənimizin həyatını xilas etmək mümkün olmayıb.

Məlumatda deyilir ki, o, bir müddət əvvəl Almaniyadan Hollandiyaya göndərilib. İlk sığınacaq istədiyi ölkə Almaniya olub və o, bura 2016-cı ildə gəlib.

Azeuronews


bottom of page