
Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur Araz çayı kənarında yerləşən Xudafərin kəndində olub.
Azadpress.az xəbər verir ki, tarixi Xudafərin körpüsünü (Həsrət körpüsü) ziyarət edən N.Qazipur öz instaqram səhifəsində Xudafərin körpüsündə çəkdiyi şəkli paylaşaraq, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasını pisləyib:
“Gördüyünüz şəkil Azərbaycanın Qarabağ bölgəsinə aiddir. Ermənistan tərəfindən işğal olunmuş Xudafərin kəndi və körpüsü. Şəkil 2018-ci il iyunun 4-də çəkilib”, - deyə o öz səhifəsində yazıb.Axar.az-a istinadən
