
MDB rəngli inqilabların ixracının qarşısını almaq üçün yeni birgə reaksiya mexanizmləri hazırlamalıdır.
Azadpress.az axar.az-a istinadən xəbər verir ki, MDB Müdafiə Nazirləri Şurasında çıxışı zamanı MDB-nin icraçı katibi Sergey Lebedev belə deyib.
“Heç kim bizə ölkələrimizin təhlükəsizliyinin təminatı ilə bağlı effektiv reseptlər söyləməyəcək. Biz öz ərazilərimizdəki stabilliyə görə məsuliyyət daşıyırıq. Şübhəsiz, ən vacib hədəfimiz uzunmüddətli əlaqələrimizi məhv etmək cəhdlərinə müqavimət göstərməkdir.
Beynəlxalq münasibətlərin əsas prinsiplərindən biri olan suveren ölkələrin daxili işlərinə qarışmamaq bir çox hallarda pozulur. Bəzi hallarda bu iş hərbi müdaxiləyə qədər gəlib çıxır. Suriyada BMT nizamnaməsi pozulur, Dəməşqin icazəsi olmadan bir sıra xarici ölkələrin hərbi qüvvələri döyüşlərdə iştirak edir. Sözsüz ki, bu, beynəlxalq münasibətlər sistemini dağıdır. Bu fəaliyyətlər rəngli inqilabların ixracının davamı sayılır. Təəssüf edirəm ki, bizim düşmənlər belə bir strategiyanı MDB-yə də ixrac etməyə çalışırlar”
Azadpress.az olaraq qeyd etmək yerinə düşər ki,cəmi bir ay bundan əvvəl MDB üzvü Ermənistanda "məxməri"inqilab baş verdi.Bu zaman MDB strukturrlarından heç biri məsləyə münasibət bildirmədi və Rusiya bunu Ermənistanın daxili işi adlandırdı.İndi isə MDB icarçı katibinin bu təklifi həqiqətən də gülməlidir.
Suriya məsələsi ilə bağlı dedikləri isə ümumiyyətlə absurd bir çağırışdır.Çünki Ermənistan artıq aylardır ki,Suriyadan erməniləri gətirib Dağlıq Qarabağda yerləşdirir.Bu məsələyə də MDB münasibət bildirmir.