top of page

Naxçıvanın blokadasına son qoyacaq layihə gerçəkləşir


Qars-İqdır-Aralık-Dilucu dəmir yolu xətti Naxçıvan istiqamətində inşa olunacaq.

Azadpress.az xəbər verir ki,Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan belə deyib.

Yeni nəqliyyat layihəsinə əsasən, tikintisi nəzərdə tutulan iki yoldan ibarət dəmiryol xəttinin uzunluğu 224 kilometr olacaq.

Nazirin sözlərinə görə, bu xətt Bakı-Tbilisi-Qars dəmir yolu ilə birləşdiriləndən sonra Şərqdən Qərbə tərəf bütün Türkiyə ərazisindən keçən Qars-Kapıkule xəttinə, daha sonra Avropaya doğru uzanacaq.

Beləliklə, Kapıkule-Edirne-İstanbul-Eskişehir-Ankara-Yozqat- Sivas-Erzincan-Qars dəmir yolu İqdır əyalətindən keçməklə Azərbaycan və İran dəmir yollarına birləşdiriləcək.

Yeni dəmir yol xətti çəkilərkən sürəti saatda 160 kilometrədək olan qatarlardan istifadə etmək imkanı nəzərə alınacaq.


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page