top of page

"Rusiya Azərbaycana tərəf dönəcək"-Tofiq Zülfüqarov


Azadpress.az xəbər verir ki, sabiq XİN başçısı Töfiq Zülfüqarov Rusiya XİN anti-Azərbaycan hərəkətlərini şərh edərkən belə deyib.

Zülfüqarov qeyd edib ki, hazırda rəsmi Moskvanın Azərbaycanla bağlı tərəddüdlü siyasət yürütməsinin arxasında erməni əsilli nazir Sergey Lavrov amilinin olduğunu istisna etmir:

“Keçən il də buna aid bəyanatlar səslənirdi. Hətta prezident İlham Əliyevin Soçidə Vladimir Putiunlə görüşündən sonra Rusiya mətbuatı buna aid fikirlər dərc etmişdi. İndiki mərhələdə həm Lavrov, həm də Matviyenko amili var. Azərbaycana yaxınlığı ilə seçilən Dmitriy Roqozin isə artıq postundan gedib. Həmçinin Azərbaycana dost hesab edilən digər insanları zərərsizləşdiriblər”.

Bütün bunlara rəğmən, T.Zülfüqarov maraqların toqquşmasının mövcudluğunu təsdiqləsə də, gec-tez daha obyektiv siyasətə üstünlük veriləcəyi qənaətindədir:

“Əminəm ki, Rusiya Azərbaycana tərəf dönəcək. Çünki ayrı yol yoxdur. Ermənistanın vəziyyəti onu Qərbə yön almağa vadar edir. Eyni zamanda Ermənistan daxilində ziddiyyətlər gec və ya tez partlayacaq. Paşinyan bu oyunu oynamağa məcburdur. O, Sərkisyandan daha aşkar oynayır. Ermənistan hakimiyyətində Rusiyaya bağlı adamlara təzyiqlər artıb, Nalbəndyan, Sərkisyan kimi Rusiyanın adamları postundan gedib. Qarabağ separatçısı Bako Saakyan da Rusiyanın təsiri altında olan insandır, ona qarşı da təzyiqlər müşahidə edirik. Paşinyan Rusiyanın qurduğu sistemi dağıdır”.Yeni Musavat-a istinadən


bottom of page