Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib


İyunun 6-da Rusiya Federasiyası Tıva Respublikasının Kızıl şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası keçirilib.

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak edib.Zakir Həsənovu Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, iclasdan əvvəl MDB iştirakçı dövlətlərin müdafiə nazirləri qonaqlar Rusiya Federasiyası Müdafiə Nazirliyinin Kızıl şəhərindəki Prezident Kadet Məktəbinin tədris bazası ilə tanış olub, ağaclar əkib və “Aldın-Bulak” etnomədəni kompleksini ziyarət ediblər.

İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunub.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.