"İşğalçılıq siyasəti davam edərsə, Ermənistanı fəlakət gözləyir"


Azərbaycan Prezidenti İlham Əliyev Ramazan ayı münasibətilə iftar mərasimindəki çıxışında Ermənistana xilas yolunu göstərdi. Ermənistan müstəqil dövlət olmaq istəyirsə, yeganə çıxış yolu Azərbaycanın işğal olunmuş ərazilərini azad etmək və sülh sazişini imzalamaqdan keçir.

Milli məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə belə deyib.

Onun sözlərinə görə, Ermənistan uzun müddətdir hərbi cinayətkarların əlində idi və indi xilas olunmaq şansı var:

“Bu da ancaq Azərbaycanla sülhlə mümkündür. Əks halda Ermənistan bu gün olduğu kimi, vətəndaşlarının tərk etdiyi hərbi baza şəklində qalacaq, dünya və bölgədəki layihələrdən təcrid olunacaq. Ermənistan qonşuları ilə normal münasibətlər qurmayana qədər ağır vəziyyətdə qalacaq”.

Asim Mollazadə hesab edir ki, işğalçılıq siyasəti davam edərsə, Ermənistanı fəlakət gözləyir: “Paşinyan Sərkisyandan fərqli yol tutmasa, bu hadisələrin girovuna çevriləcək və hakimiyyəti itirəcək”.