top of page

"Xəzər" markalı avtomobillər gələn həftə satışa çıxarılır


Neftçala Avtomobil Zavodunda aşağı sinif avtomobillərin istehsalı planlaşdırılır.

Azadpress.az xəbər verir ki, bunu "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov bildirib.

Onun sözlərinə görə, bu avtomobillərin qiyməti 14 min manat olacaq:

"Biz həm də yan sənayeni inkişaf etdirmək niyyətindəyik. Bu isə avtomobillərin qiymətlərinin 10-12% ucuzlaşmasına səbəb olacaq. İyunun 20-dən etibarən avtomobillərin ehtiyat hissələrinin satışına başlanacaq. İyunun 11-dən etibarən isə Badamdar, Babək və Ziya Bünyadov prospektlərində yerləşən satış mərkəzlərində avtomobillərin satışına başlanılacaq".

O deyib ki, ilkin olaraq 100 ədəd "Xəzər" avtomobili satışa çıxarılacaq: "Ayda 160 ədəd avtomobil istehsalı planlaşdırılır".Report