
Şərur rayonunun 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Günnüt kəndi 26 ildən sonra Azərbaycan Ordusunun nəzarəti altına keçib. Azadpress.az. xəbər verir ki, Günnüt məzarlığında 26 il sonra Quran oxunub. 26 illik ayrılıqdan sonra günnütlülər maşın karvanı ilə doğma torpağa qayıdıb, əzizlərinin məzarını ziyarət ediblər.