Ermənistanda "məxməri" inqilabın lideri,ölkənin baş naziri Nikol Paşinyan hakimiyyəti 252 000 dollara devirib.
Azadpress.az Rusiya mətbuatına istinadən xəbər verir ki,Paşinyanın hesabına 73.5 milyon dram,51 910 ABŞ dolları,14 344 avro,2 048 408 rubl pul köçürülüb.Cəmi 252 min ABŞ dolları.
Həmin məbləğ etiraz aksiyaları başlayan müddətdə köçürülüb.Həmin pullar nəqliyyat,mobil rabitə,internet,qida,tibbi dəstək,mühafizə xidməti,çıxışlar üçün xüsusi texnika və səhnənin quraşdırılmasına xərclənib.