top of page

İsrail-Fələstin toqquşmasında ölənlər və yaralananlar var


Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda 4 fələstinli ölüb, 600-dən çoxu yaralanıb.

Azadpress.az xəbər verir ki, bu barədə WAFA agentliyi Fələstinin Səhiyyə Nazirliyinə istinadən bildirib.

Agentliyin məlumatına görə, İsrail əsgərləri Qəzza sektorunun cənubundakı Xan-Yunis yaşayış məntəqəsində 15 yaşlı yeniyetməni güllələyiblər. Həmin ərazidə polislə toqquşmalarda ağır yaralanmış daha bir ərəb ölüb.

Daha 2 nəfər isə sektorun inzibati mərkəzi Qəzza yaxınlığındakı şəhərdə və Cabaliidə öldürülüb.


bottom of page