top of page

Gürcüstanda rus turisti 30 nəfərdən ibarət kriminal qrup döyüb-VİDEO


Gürcüstanın Qudauri kurortunun sakinləri rus pilot-paraplanerist Fedor Çalışevi döyüblər.

Azadpress.az lenta.ru-ya istinadən xəbər verir ki,bu haqda Çalışevin həmkarı Nina Topolskaya facebook səhifəsində məlumat və video yayıb:

“30 nəfər sakin“ bura bizim torpağımızdır” deyərək Fedor Çalışevi döyüblər. Onu təpiklə, daşla, bütün bədəninə xəsarət yetirərək döyüblər. Fedor ağır kəllə-beyin travması alıb, burnu sınıb. Eləcə də maşınının şüşələri sındırılıb”

Xəstəxanda müalicə alan Fedor Çalışev vzqlyad.ru saytına verdiyi müsahibədə deyib ki,o paraplanerist dostları ilə birgə Qudauridə turistləri uçuşlarla əyləndirirlər.Lakin bir neçə aydır ki,yerli kriminaı dəstələr onlardan haqq tələb edirlər:

"Məni döyməzdən əvvəl ukraynalı paraplaneristləri döymüşdülər.Qudauridə özbaşnalıq baş alıb gedir.Kriminal elementlər oğurluq və reketlə məşğuldur"


bottom of page