
Azərbaycan Ordusunun cəbhədə atəşkəs rejiminin pozulmasına cavab olaraq açdığı atəş nəticəsində erməni əsgər öldürülüb.
Azadpress.az xəbər verir ki, Dağlıq Qarabağda öldürülən əsgər 1992-ci il təvəllüdlü Vaan Eloyandır.
Hadisə bazar günü axşam saatlarında Qarabağ cəbhəsinin cənub-şərqində,Ağdam istiqamətində baş verib.
Qeyd edək ki,işğalçı Ermənistanın hərbi birləşmələri mütamadi olaraq həmin ərazidə dinc əhaliyə tərəf atəş açırlar.