top of page

Gürcü polisi etiraz aksiyasında iştirak edənləri həbs edir


Gürcüstan polisi bu gün səhər saatlarında Tbilisinin mərkəzində etiraz aksiyasının iştirakçılarını saxlayıb.

Azadpress.az xəbər verir ki, iyunun 11-də daha 10 nəfər tutulub.

Gürcüstanda müxalifətdə olan Milli Birlik Hərəkatı Partiyasından olan deputat Nika Meliya Tbilisidə etiraz aksiyasında saxlanılıb. Polislə etirazçılar arasında dava-dalaş düşüb. Hadisə yerində deputat Nika Meliya da olub. Polis onu tutub. Onunla yanaşı, Tbilisi Şəhər Şurasının Milli Birlik Hərəkatı Partiyasından olan deputatı İrakli Nadiradze də tutulub.

Dünən Tbilisidə ötən ilin dekabr ayında iki yeniyetmənin qətlə yetirilməsi cinayət işi üzrə "ədalətin bərpası" tələbi ilə mayın 31-də başlamış etiraz aksiyası bərpa edilib.

Gürcüstan KİV-inin məlumatına görə, nümayişçilər Rustaveli prospektində çadırları avtomobil yoluna çıxarıblar. Amma hazırda avtomobillərin hərəkəti qismən bərpa edilib.


bottom of page