Ermənilərin lobbiçi senatorları Rusiyaya qarşı çıxır


ABŞ Prezidenti Donald Trampın Rusiyanı G8-ə cəlb etməsini qanunla qadağan etmək lazımdır. Azadpress.az.az xəbər verir ki, bu iddia ilə amerikalı senator Robert Menendes çıxış edib. Menendes bununla bağlı hərbi büdcə haqqında qanun layihəsinə düzəliş edildiyini bildirib: “Əgər konqresmenlər hərbi büdcə haqqında qanun layihəsini təsdiq etsələr, bu, Trampı seçim qarşısında qoyacaq. O, ya büdcəni ümumilikdə ləğv edəcək, ya da onu düzəlişlərlə birgə təsdiq edəcək. Tramp veto haqqından yararlansa, Konqres bunun öhdəsindən gələ biləcək. Üstəlik, yeni düzəlişə əsasən, ABŞ lideri G8 haqqında sözlərinə düzəliş etməli, Rusiyanın G8-ə yalnız Krımı Ukraynaya qaytardıqdan və dünya nizamını pozmaqdan imtina etdikdən sonra qatıla biləcəyini deməlidir. Rusiyanın G8-ə qayıtması Rusiyanın mükafatlandırılması olardı”. Axar.az 


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.