top of page

“Azərbaycan hər zaman sovet istilasına qarşı olub”


ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Metyu Qaetz (Florida ştatı) Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü ilə bağlı bəyanatla çıxış edib.

Azərbaycanın ABŞ-dakı səfirliyinin yaydığı məlumata görə, M.Qaetz ABŞ-Azərbaycan münasibətlərinin önəm və əhəmiyyətini xüsusi vurğulayıb.

Azərbaycanın tarix boyu sovet istilasına qarşı olduğu konqresmen tərəfindən bildirilib. Ölkəmizin qadınların seçki hüququnun təmin edilməsi sahəsində ilk ölkələrdən olduğu, Azərbaycanın müsəlman dünyasında ilk dünyəvi parlament demokratiyası qurduğu çıxışda qeyd edilib. Azərbaycanın ABŞ-la müdafiə, əks-kəşfiyyat və terrorçuluqla mübarizə sahəsində ABŞ-la günbəgün daha sıx əməkdaşlıq etdiyi, 11 sentyabr hadisələrindən sonra Birləşmiş Ştatlara təmənnasız dəstək verdiyi diqqətə çatdırılıb.

Konqresmen Azərbaycan xalqının tərəqqisinin və ABŞ-la möhkəm münasibətlərinin növbəti 100 ildə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.


bottom of page