top of page

Ukrayna TANAP-dan qaz almaq istəyir


“TANAP Azərbaycan, Türkiyə, Avropa və Ukrayna üçün çox önəmli layihədir”.

Azadpress.az xəbər verir ki, bunu Ukryana prezidenti Petro Poroşenko Türkiyənin Əskişəhər şəhərində TANAP layihəsinin açılış mərasimində çıxışında deyib.

Ukrayna prezidenti bildirib ki, TANAP-la Cənub Qaz Dəhlizinin önəmli qismi tamamlanıb: “Son illər gördük ki, enerjidən Rusiyanın başqa ölkələrə təzyiq vasitəsi kimi istifadə edildi. Ancaq bu siyasət uğurlu olmadı. TANAP bunun göstəricilərindən biridir.

Bu layihə yaxın dostum, Azərbaycan prezidenti İlham Əliyevin və mənim, eyni zamanda Ukrayna xalqının yaxın dostu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə gerçəkləşib. TANAP Ukraynanın enerji təhlükəsizliyi üçün də önəmlidir.

Mən Ukrayna xalqı adından Azərbaycan və Türkiyə prezidentlərinə təşəkkür etmək istəyirəm. Ukrayna bu layihəyə tam dəstək verir.

Biz bu gün öz enerji qaynaqlarımızı genişləndirməyə çalışırıq.

Biz Bolqarıstan və Rumıniya üzərindən TANAP-dan qaz əldə etmək istəyirik.

Yaxın gələcəkdə Xəzər dənizindən təbii qazın tək Ukraynaya deyil, bütün Avropaya ixrac ediləcəyinə inanıram”.APA


bottom of page