top of page

Azərbaycanın snayper tüfəngləri Avropada sərgilənib


Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan hərbi təyinatlı məmulatlar Parisdə keçirilən "EUROSATORY-2018” Beynəlxalq müdafiə və təhlükəsizlik sərgisində nümayiş etdirilir.

Azadpress.az xəbər verir ki, nazir Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayədə heyəti Fransada səfərdədir.

İyunun 11-dən öz işinə başlayan sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan 270 adda hərbi təyinatlı məmulat nümayiş etdirilir.

Dünyanın inkişaf etmiş ölkələrinin qabaqcıl şirkətlərinin qatıldığı "EUROSATORY” sərgisində ilk dəfə təmsil olunan Müdafiə Sənayesi Nazirliyinin nümayiş etdirdiyi məmulatlar, xüsusilə, ilk dəfə beynəlxalq sərgiyə çıxarılan - 14,5 millimetrlik “NST” snayper tüfəngi, 81 millimetrlik minaatan, 12,7 millimetrlik silahla təchiz olunmuş məsafədən idarə olunan döyüş modulu, 81 millimetrlik atəş yığımı və “Tufan” minaya davamlı milli zirehli nəqliyyat vasitəsi, “Gürzə” patrul maşını, ”İstiqlal”, “Vaşaq” və “Yalquzaq” snayper tüfəngləri böyük maraqla qarşılanır.


bottom of page