İmişlidə 100-ə yaxın pambıqçı zəhərlənib


İmişli rayonunda pambıq tarlasında işləyən fəhlələrin kütləvi zəhərlənməsinə görə kənd təsərüfatı naziri İnam Kərimov təcili olaraq bu rayona yola düşüb. Bu haqda virtualaz.org-a Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər.

Habelə baş proukurorun müavini Rüstəm Usubov və Dövlət Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli də İmişliyə yola düşüblər.

Xatırladaq ki, pambıq tarlasında zəhərin təsirinə məruz qalanların sayı yüzə yaxındır, onlar yerli xəstəxanaya yerləşdiriliblər. Bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Bu, son günlər Azərbaycanda pambıq sahəsində baş vermiş üçüncü kütləvi zəhərlənmədir.

***

İmişli Rayon Mərkəzi Xəstəxanasından virtualaz.org saytına bildiriblər ki, zəhərlənənlərin sayı 50-dən çoxdur. Bəzi mənbələr isə zəhərlənənlərin sayının 100-ə çatdığını bildirir.

Zəhərlənənlər “MKT” şirkətinə məxsus pambıq sahəsində işləyənlərdir. Zəhərlənmənin zərərvericilərə qarşı istidafə olunan kimyəvi peraparatdan baş verdiyi ehtimal olunub.

***

Azərbaycanın daha bir rayonunda pambıq tarlasında alaq vuran fəhlələr kütləvi zəhərlənib. Virtualaz.org-un regional müxbiri xəbər verir ki, İmişli rayonunda pambıq tarlasında işləyən onlarla fəhlə bu gün səhər saatlarında zəhərlənib. Onlar İmişli Mərkəzi Xəstəxanasına yerləşdirilib. Zəhərlənənlərin sayı dəqiqləşdirilir. Fəhlələrin bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən "Report"a bildirilib ki, hazırda nazirliyin əməkdaşları hadisə yerinə gedirlər: "Müvafiq araşdırmalardan sonra ictimaiyyətə geniş məlumat veriləcək".

Bundan əvvəl Saatlı rayonunda onlarla qadın pambıq tarlasında işləyərkən alaq otlarına qarşı tətbiq edilmiş zəhərli kimyəvi pereparatın təsirinə məruz qalıb. Onların bir qismi hələ də xəstəxanadadır. Faktla bağlı cinayət işi qaldırılıb, prezident İlham Əliyev məsələni şəxsi nəzarətinə götürüb. Daha sonra Tərtər rayonuda pambıqçılıların kütləvi zəhərlənməsi baş verib.İstiqlal.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.