top of page

"Toyota" yeni modelini təqdim edib


Azadpress.az xəbər verir ki,Toyota hidrogenlə çalışan havasız çarxlı yeni avtomobili istehsalata buraxır.

Son illər avtomobil istehsalçıları  elektromobil ilə yanaşı hidrogenlə işləyən maşınların da ixtirasına başlayıblar.Toyota avto konserni artıq hidrogenlə  "Mirai" sedan modelini satışa çıxarıb.Lakin korporasiya bununla kifayətlənmək fikrində deyil.Toyota daha bir konseptini reallığa çevirməyə hazırlaşır.Ötən il Toyotanın Tokio  avto şousunda təqdim etidyi "Fine-Comfort Ride" konsepti kütləvi istehsala verilib.

"Fine-Comfort Ride" hidrogen mühərrikli olması ilə yanaşı havasız çarxlara malıkdir.Belə təkərlər olduqca yüngüldür və maşının ümumi kütləsinin azalmasına xidmət edir.Təkər özlüyündə havasız rezin şin,alminüum və plastikdən ibarətdir. "Toyota"nın 2025-ci il proqramına uyğun olaraq belə texnologiyalar bütün modellərin çəkisini azaldacaq. Şinlərin hazırlanması Sumitomo Rubber şirkətinə həvalə olunub.Şirkət rəhbəri Vako İvamuranın dediyinə görə,məqsəd 2020-ci ilə uğurlu kommersiya layihəsi təqdim etməkdir.


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page