top of page

Serbiya İsveçrəyə məğlub olub


Serbiyanın futbol üzrə yığma komandası Rusiyada keçirilən Dünya Çempionatı çərçivəsində İsveçrə millisinə məğlub olub. Azadpress.az xəbər verir ki, Kalininqrad şəhərində keçirilən oyun 1:2 hesabı ilə yekunlaşıb.

Oyunda hesabı 5-ci dəqiqədə Serbiya komandasının futbolçusu Aleksandr Mitroviç açıb. Bərabərlik qolunu 52-ci dəqiqədə Qranit Djaka vurub. İsveçrəlilərin qələbə qolunu isə oyunun sonuncu dəqiqəsində Djerdan Şagiri vurub. Beləliklə, "E" qrupunda ikinci turdan sonra birinci yerdə 4 xalla Braziliya komandasıdır. Onun ardınca 4 xalla İsveçrədir, Serbiya yığması 3 xalla üçüncü, Kosta-Rika isə 0 xalla sonuncu yerdə qərarlaşıb.


bottom of page