Kraliça Yelizaveta yatağa düşdü


92 yaşlı Böyük Britaniya  kraliçası Yelizavetanın səhhətində yaranan qəfil problemlər onun xəstələnməsinə səbəb olub. Azadpress.az xəbər verir ki, bu barədə mətbuata onun əmisi oğlu hersoq Kent məlumat verib. O bildirib ki, kraliçanın qəfil xəstələnməsi səbəbindən Müqəddəs Pavel kilsəsində Müqəddəs Mixail və Qeorqi Ordeninin əsasının qoyulmasının 200-illiyinə həsr edilmiş səfəri təxirə salınıb. Kraliçanın şəxsi həkimləri onun səhhətində baş verən qəfil dəyişiklik barədə heç kimə məlumat vermir. İngiltərə mediası kraliçanın vəziyyətinin gizli saxlanılmasından narahat olduqlarını gizlətmir. Bununla belə 92 yaşlı kraliça Yelizavetanın vəziyyəti, onun daha əvvəldən planlaşdırdığı Vindzor səfərinə mane ola bilməyib. O, istirahət günlərini planına uyğun olaraq keçirir. Xatırladaq ki, kraliça ömründə yalnız bir dəfə, 2016-cı ilin Yeni İl gecəsində əri şəhzadə Filip ilə güclü soyuqdəymədən əziyyət çəkdiyi üçün planlarını dəyişmək məcburiyyətində qalıb. Belə ki, onlar səfərlərini qatarla deyil, vertolyatla gerçəkləşdirməli olduqlarından təyin olan gündən bir gün gec yola çıxıblar.


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.