Azərbaycanda macar dili tədris ediləcək


Macarıstanın xarici işlər və ticarət naziri, Azərbaycan və Macarıstan hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyində görüş keçirilib.

Qeyd edilib ki, bu ilin sonunadək Budapeştdə Azərbaycan Hökuməti və Macarıstan Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasının və biznes-forumun keçirilməsi nəzərdə tutulur.

Nazir Azərbaycan və Macarıstan arasında iqtisadi sahədə əməkdaşlığın uğurla inkişaf etdiyini, ölkələrimiz arasında ticarət dövriyyəsinin bu ilin yanvar-may aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artdığını qeyd edib. Ötən ildə "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə Macarıstana ixrac missiyası təşkil edilib.

Görüşün sonunda Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi ilə Azərbaycan Dillər Universiteti arasında Universitetdə macar dilinin və mədəniyyətinin tədrisi ilə bağlı əməkdaşlıq sənədi imzalanıb.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.