Azadpress.az xəbər verir ki,Türkiyədə keçirilən seçkilərdə qalib gələn "Ədalət və İnkişaf Partiyasının" mərkəzi aparatının iclasında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə deyib.
"Biz prezident seçkilərinin ilk turunda qalib gəldik. Parlament seçkilərində də biz birinci olduq. Şübhəsiz ki, bu, böyük bir uğurdur. Vətəndaşların bizə olan etimadının göstəricisidir. Ancaq biz seçicilərin itirilmiş səslərini təhlil etməliyik. Hansı səbəbdən bunun baş verdiyini öyrənmək və üzərində çalışmaq lazımdır"-deyə Ərdoğan qeyd edib.
O, həmçinin ölkədə keçiriləcək yerli bələdiyyə seçkiləri barədə də danışdı. "Biz gələcək bələdiyyə seçkilərində etdiyimiz səhvləri təkrar etməmək üçün nəticə çıxarmalıyıq və səhvlər üzərində çalışmalıyıq".
Xatırladaq ki, 24 iyun prezident seçkilərində Ərdoğan 52,82 faiz səs toplayıb.
Parlament seçkilərinə gəldikdə, Ədalət və İnkişaf Partiyasının (AK Parti) daxil olduğu "Xalq Birliyi" bloku 53,80 faiz səs toplayıb. Beləliklə, AKP-ni ölkənin parlamentində 293 deputat təmsil edəcək.