Estoniya Rusiyanın yeni layihəsinə qarşı çıxır


Estoniya xarici işlər naziri Sven Mikser "Şimal axını-2" qaz boru kəməri layihəsinin tikintisini dayandırmağı tələb edib. "Report"un "Die Welt"ə istinadən verdiyi xəbərə görə, estoniyalı XİN başçısı layihəni iqtisadi deyil, siyasi hesab edir. "Bu, Rusiyanın Avropa siyasətinə qarışmaq üçün bir alətdir", - nazir müsahibəsində bildirib. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp da Avropa ölkələrindən bu layihənin icrasından çıxmağı tələb edir.Azadpress.az  


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.