Rusiya Azərbaycanın tərəfindədir


Azərbaycan Rusiyanın Qafqazda ən əsas strateji tərəfdaşıdır. Azadpress.az xəbər verir ki, "Moskva-Baku"ya müsahibəsində Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin belə deyib. A.Duqin bildirib:

 "Bakı və Moskva arasında geosiyasi ox" mövzusunda ilk tədbir bir il əvvəl Moskvada keçirilib. İkinci belə tədbirin Azərbaycanda keçirilməsinə qərar verilib. Ekspertlər Klubunun rəhbəri A.Praxanov bu tədbirin Azərbaycanın Qarabağ ərazisində keçirilməsini təklif edib. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı sualların müzakirəsi bizim əsas məqsədimiz olmasa da, görüşümüzün əsas mövzularından biridir. Qarabağ bizim üçün simvolik yerdir - biz tədbiri burada keçiririk. Bu, bir daha Azərbaycanın Rusiyanın Qafqazda strateji tərəfdaşı olduğunu təsdiqləyir". A.Duqin əlavə edib ki, Qarabağ Rusiyanın nəzər nöqtəsindən və beynəlxalq hüquq baxımından Azərbaycan ərazisidir: "Hazırda Rusiya ilə Azərbaycan arasında aktiv yaxınlaşma prosesi gedir. Azərbaycanla münasibətlər ön plana çıxıb". 


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.