
Səhiyyə Nazirliyinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub. Azadpress.az xəbər verir ki, nazirin müvafiq əmri ilə bu vəzifəyə telejurnalist Pərviz Abubəkirov təyin edilib. O, bu gündən fəaliyyətə başlayıb. Qeyd edək ki, P.Abubəkirov, əvvəllər ANS-də “Cinayət işi” və İTV-də “Qanundan kənar” verilişlərinin aparıcısı olub.