Elmar Vəliyev yaralanıb -Son dəqiqə


Gəncənin İcra başçısı Elmar Vəliyevi güllələdilər - mühafizəçisi öldü, özü isə yaralanıb.  Azadpress.az xəbər verir ki, Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum olub. Hücum nəticəsində icra başçısı yaralanıb, mühafizəçisi qətlə yetirilib.  Elmar Vəliyevə tapançadan atəş açan şəxsin axtarışda olan Yunis Səfərov olduğu bildirilir. 

Həmin şəxs saxlanılıb və hadisə yerindən 3 ədəd giliz götürülüb.