top of page

Bakının quruyan bulaqları


Su həyatdır, su həyat mənbəyidir... Bir sözlə, su haqqında nə deyirlərsə, sən demə, düz imiş. Bu atalar sözlərinin, rəvayətlərin təsdiqini bir daha bizə AZƏRENERJİ xatırlatdı. Sag olsun. Amma AZƏRSU-da sağ olsun, heç də Azərenerjidən geri qalmadı.

Bu bir neçə gündə hər şeyi yaşadıq. Bir də bu hadisənin yayda, bu anomal istilərin baş verdiyi ərəfəyə təsadüf etdiyini nəzərə alsaq, “AZƏRSU” nun savabı və babalı nə qədərdi,bax bunu mən bilmirəm.Yəqin ki, bunu da ölçən bir sayğac var. Təsəvvür edin sular kəsilir və magazalarda böyük qalbaşdırılmış suların qiyməti kəskin formada artir, bunlarında babalı öz boyunlarına. Yəqin damarda axan qanın tərkibindəki namus, vicdan toxumalarından xəbərləri yoxdur.

Yadınıza gəlirsə hər həyətdə olmasa da, cox həyətlərdə su kranları var idi, su kəsiləndə sakinlər bu kranlardan evlərinə su daşıyırdılar. Bəs görəsən nə baş verdi ki, “AZERSU” məhlələrdəki su kranlarını bağladı ki, bəs israf olur.

İndi ay SUYA BAXANLAR, cüzi israfmı yaxşıdır, yoxsa xalqın bu qədər sudan əziyyət çəkməsi?

Yadınızdan bir şeyi çıxarmayın ki, heç bir fövqəlhaldan heç kim sığortalı deyil. Hər an hər şey baş verə bilər. Hec olmasa o həyətlərdə olan bulaqları bərpa edin ki, evlərdə su sayğacı işləyən kimi sizin də savab sayğacınız işləsin.Azadpress.az


bottom of page